28 aprel 2022 - 21:43
General Baqiri Çinin müdafiə nazirilə görüşüb

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Çinin müdafiə nazirilə görüşüb və məşvərət edib.

Çinin müdafiə naziri general-polkovnik Vey Fen Xe bu gün İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı məkanında qərargahın rəisi general-mayor pasdar Məhəmməd Baqiri ilə görüşüb.

Görüşdə son beynəlxalq və regional olaylar, strateji, müdafiə və təhlükəsizlik münasibətlərinin genişləndirilməsi, iki ölkənin silahlı qüvvələrinin anlaşma səviyyəsinin yüksəldilməsi yolları barədə söhbət edilib.

342/