ABNA24 Xəbər Verir , bu barədə Nyu-York şəhərinin Yanğından Mühafizə İdarəsi məlumat yayıb.
Məlumata görə, Nyu-Yorkun 36-cı küçə və dördüncü avenyu metro stansiyasında bir neçə nəfər güllələnib və hadisə yerində bir neçə partlamamış qurğu aşkarlanıb. Nyu York Polis Departamenti də stansiyada pik saatlarda atışma baş verdiyini təsdiqləyib.
Hadisə yerindən çəkilmiş fotolarda qanlar içində stansiyanın döşəməsində uzanmış sərnişinlər görünür. Hadisə yerində partlamamış partlayıcı qurğular da tapılıb.
342/