ABNA24 Xəbər Verir , Məhəmməd Cavad Əskəri deyib: "Təəssüf ki, son illərdə deputatların təqibinə baxmayaraq, iqtisadi diplomatiyanın zəifliyi səbəbindən Türkiyə tərəfindən bu çaylar üzərində bəndlərin tikintisinin qarşısını almaq üçün heç bir tədbir görülməyib".
Milli Məclisin Kənd Təsərrüfatı, Su, Təbii Sərvətlər və Ekologiya Komissiyasının sədri əlavə edib: "Türkiyə Dəclə çayının su axınını 56 faiz azaldan İlisu bəndinin inşası ilə İraq və Suriyanın nohurlarının, eləcə də "Hur Əl-Əzim" bataqlığını qurudub və bu ölkə ərazilərinin təxminən 6,5 milyon hektarını məhv edib.
Əskəri qeyd edib ki, bu məsələləri nəzərə alaraq, xarici işlər naziri gələn həftə parlamentin Kənd Təsərrüfatı, Su, Təbii Sərvətlər və Ekologiya Komissiyasında olacaq və bu nazirliyin fəaliyyəti ilə bağlı hesabat təqdim edəcək.
342/