16 mart 2022 - 05:06
Zelenski mövqeyini dəyişdi

Bir neçə milyon nəfərin didərgin düşməsindən və Ukraynanın bir çox infrastrukturunun dağıdılmasından sonra bu ölkənin prezidenti müharibənin başlanmasının əsas səbəblərindən biri haqda yeni sözlər söyləyib.

ABNA24 Xəbər Verir , Rusiya hökuməti ötən aylar ərzində və Ukraynaya qoşun yeritməzdən öncə NATO-nun Şərqi Avropaya ekspansianizmi haqda ABŞ-a və NATO-ya təhlükəsizlik zəmanəti barədə təkliflər təqdim etdi, amma bu təkliflər rədd edildi.

Ukrayna prezidenti Vladimir Zelenski deyib: Qəbul etməliyik ki, Ukrayna NATO-ya qatıla bilməz.

Zelenskinin bu ifadəsinin fonunda qeyd edək ki, Ukraynanın NATO-ya üzvlyü zərurəti məsələsi bu ölkə konstitusiyasında yer alıb.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel son vaxtlar Ukraynanın NATO-ya qoşulması barədə belə deyib: Biz zəmanət verə bilməyəcəyimiz şeylər, xüsusən Ukraynanın NATO-ya qoşulmasına dair təklif irəli sürmüşük. Bu məsələ əsla həyata keçmədi. Məncə, yerinə yetirə bilməyəcəyimiz vədlər verməyimiz bir səhv hərəkət olub.

Ukraynanın qərbyönümlü başçılarının əsas tələblərindən biri, NATO-ya üzv olmaq tələbi olubdur.

Bu tələbə bəhanə, Rusiya tərəfindən Ukraynanın milli təhlükəsizliyinə qarşı təhdidlərin mövcud olması olubdur.

342/