ABNA24 Xəbər Verir ,Azərbaycan Respublikası MN-nin rəsmi internet saytında dərc olunan məlumatda deyilir: Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun 2 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.
Məlumata görə dərhal axtarış tədbirlərinə başlanılıb.
29 yanvar 2022-ci ildə də Kəlbəcər rayonunun Alagöllər sahəsində Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusunun hava şəraitinə görə istiqaməti itirərək azdıqları bildirildi.
İtkin düşən hərbçilərdən 3-ü həyatda olaraq, 1-nin isə meyiti tapıldı.
342/