5 mart 2022 - 04:37
Ukraynada başqa bir azərbaycanlı həlak olub

Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub.

ABNA24 Xəbər Verir ,Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: "Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Meyit şəhərdəki məscidə gətirilib. Hələ şəxsiyyəti bilinmir".

A.Babayev deyib ki, Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır.

342/