Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycanda qızıl, mis və gümüş hasil edən “Anglo-Asian Mining Plc” şirkəti yeni qızıl mənbəyi aşkar edib.
Məlumata görə, “Həsən” adlandırılan yeni qızıl damarı Gədəbəydə “Qoşa” mədəninin cənubunda kəşf edilib.
Bildirilib ki, yerüstü qazma işləri zamanı kəşf edilən yeni subşaquli mənbə üzrə işlər davam etdirilir. Sahə üzrə işlərin ilkin nəticəsi kimi yeni damarın yüksək dərəcədə qızıl olan minerallaşmış qatlarının olduğu da qeyd edilib.
Hasilatlara 2022-ci ilin ikinci yarısından başlanılması nəzərdə tutulur.
Qeyd edək ki, İlham Əliyev rejimi Azərbaycanın mühüm qızıl yataqlarını Türkiyə rejiminə 30 illik havayı istismara vermişdir.


Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!