2 mart 2022 - 04:33
İranla Azərbaycan arasında uçuşların sayı artır

Azərbaycan və İran arasında mövcud olan birbaşa sərnişin aviareyslərinin sayı artırılır.

ABNA24 Xəbər Verir , bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter" səhifəsində bildirib.

Səfir qeyd edib ki, martın 4-dən etibarən Azərbaycanla İran arasında uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.

Hazırda həftədə bir uçuş yerinə yetirilir.

342/