26 fevral 2022 - 06:27
Ukrayna böhranı ibrət dərsi ola bilər

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi bir tvittdə qərblilərin Ukrayna böhranından ibrət dərsi almaları zərurətinə təkid edib.

ABNA24 Xəbər Verir , Əli Şəmxani öz tvittində yazıb: Avropa coğrafiyasının ən şərq hissəsində böhranın yaranmasına görə, maliyyə bazarlarının çökmələri və enerji qiymətinin nəzərəçarpacaq dərəcədə artması göstərdi ki, dünyanın şərq yarımkürəsində səbatsızlıq və əmin-amansızlıq, özlərinin bütün formalarında Qərbin maraqlarına ciddi xəsarətlər vuracaqlar.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da bir tvittdə yazıb: Ukrayna böhranı Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun təhrikedici hərəkətlərində köklərə malikdir.

«Müharibəyə əl atmaq, Ukrayna böhranının həll yolu deyil»- deyən Əmir-Abdullahian bildirib ki, atəşkəsin bərqərarı, siyasi və demokratik həll yolu üzərində təmərküzləşmə, bir zərurətdir.

342/