ABNA24 Xəbər Verir, Rüstəm Qasimi tvitter səhifəsində Azərbaycan Respublikasına son səfərinin nəticələrinə istinad edərək, nəqliyyat diplomatiyasının gücləndirilməsi və maneələrin aradan qaldırılmasına diqqət çəkib.
“Astaraçay strateji körpüsünün tikintisi İranı Qafqaza, Rusiyaya və Şimali Avropaya birləşdirəcək. Bu mənim Azərbaycana səfərimin mühüm nailiyyətlərindən biri oldu və bu hadisə şübhəsiz ki, İranın nəqliyyat diplomatiyasında və beynəlxalq əlaqələrdə böyük dəyişiklik yaradacaq. Mən söz vermişdim ki, heç bir yol İranın üzünə bağlı qalmayacaq”, - deyə nazir vurğulayıb.
342/