ABNA24 Xəbər Verir, Rüstəm Qasimi fevralın 2-də Türkiyədə keçirilən İƏT Nəqliyyat Nazirlərinin 11-ci toplantısında virtual çıxışı zamanı üzv ölkələr arasında "ümumi keçid" layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, əlavə edib: Xəzər dənizində Ro-Ro gəmilərin xidmətlərinin artırılması üçün üçün hökumət, aktiv gəmiçilik şirkətləri və gəmiqayırma şirkətlərinin nümayəndələrindən ibarət bir komitənin formalaşdırılması təklif edilir".
Qasimi İƏT Nəqliyyat Nazirlərinin 11-ci toplantısında iştirak etməkdən məmnunluq ifadə edərək, deyib: "Beynəlxalq nəqliyyat və gömrük müqavilələrinə və sazişlərinə qoşulmaq üçün hazırlıq işlərinin görülməsi və viza rejiminin sadələşdirilməsi, eləcə də İƏT-ə üzv ölkələr arasında vizanın ləğv edilməsi üçün daha ciddi təqib tələb olunur.
İranın yol və şəhərsalma naziri, həmçinin İslamabad-Tehran-İstanbul İTİ qatarının yenidən fəaliyyətə başlamasını yüksək dəyərləndirib və üzv dövlətlərin dəhlizin Çindən Avropaya qədər genişləndirilməsi imkanlarını araşdırmalı olduqlarını bildirib.
Qasimi Qırğızıstan-Tacikistan-Əfqanıstan-İran (KTAI) dəhlizi boyunca layihələrin maliyyələşdirilməsi və bu böyük və iqtisadi dəhlizin maraqlı tərəfləri arasında müntəzəm görüşlərin keçirilməsi üçün maliyyə qurumları və bacarıqlı ölkələr və şirkətlərlə məsləhətləşmələrin vacibliyini vurğulayıb.
342/