ABNA24 Xəbər Verir, Bu gün Qətərə səfər edən Hüseyn Əmir-Abdullahiyan Qətər dövlətinin əmiri Şeyx Təmim bn Həməd Ali-Sani ilə görüşüb.
Əmir-Abdullahiyan Dohaya daxil olarkən belə deyib: Qətərdə öncə bu ölkənin əmiri, sonra isə xarici işlər naziri ilə görüşəcəyəm. Bəzi ikitərəfli, regional və beynəlxalq məsələlər diqqət mərkəzində durur.
Əmir-Abdullahiyan öz regional səfərinin ikinci məqsədi kimi, Omandan sonra bu gün Qətərin paytaxtı Dohaya daxil olub.
342/