ABNA24 Xəbər Verir, Ali Məqamlı Rəhbəri İnformasiya portalının məlumatına görə, Həzrət Ayətullahül-üzma Xamenei şəhid Hacı Qasim Süleymaninin ailə üzvləri və anım mərasimləri təşkilatçılari ilə görüşdə buyurublar: "Düşmənlər Süleymaninin, Əbu Mehdinin və onun digər yoldaşlarının şəhadəti ilə işin bitəcəyini düşünürdülər, lakin bu gün nahaq yerə tökülən o əziz qan sayəsində ABŞ Əfqanıstandan qaçıb, İraqda amerikalılar getmiş kimi davranmağa və hərbi varlığı olmadan, məsləhətçi rolu elan etməyə məcbur olublar, ki, əlbəttə iraqlı qardaşlarımız bu məsələni ayıqlıqla izləməlidirlər. Yəməndə müqavimət cəbhəsi irəliləyir; Suriyada düşmən gələcəyə ümidsiz iflic vəziyyətindədir və ümumilikdə regionda müqavimət və anti-imperializm cərəyan iki il əvvəlkindən daha firavan, daha canlı və daha ümidlidir".
O Həzrət, şəhid Süleymaninin İslam dünyası və region gənclərinin nümunəsi və qəhrəmanına çevrilməsinə toxunaraq, deyiblər: "Bu gün Süleymani regionumuzda ümid, özünə inam, rəşadət simvolu və dözüm və qələbənin sirridir və bəzilərinin haqlı olaraq, dediyi kimi, şəhid Süleymani düşmənləri üçün general Süleymanidən daha təhlükəlidir".
Həzrət Ayətullahül-üzma Xamenei şəhid Süleymaninin əbədi həqiqət olaraq, qalacağını bəyan edərək, əlavə ediblər: "Onun Tramp və onun kimi qatilləri tarixin unudulmuşları arasında olacaqlar və tarixin zibilliyində itib-batacaqlar, əlbəttə bu dünyada etdikləri cinayətin bədəlini ödədikdən sonra".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri imperializmin şəhid Süleymani ilə kiber məkanındakı düşmənçiliyini onların, hətta şəhidin adından və o, dəyərli nümunənin yayılmasından qorxduqlarının əlaməti kimi dəyərləndirib.
342/