26 dekabr 2021 - 13:48
İraqda ABŞ hərbçilərinin karvanında bomba partlayıb

Bu barədə İraq xəbər mənbələri belə bildiriblər: “ABŞ koalisiyasının dəstək sütunu Babil və Əl-Divaniyyə əyalətləri arasında dörd bomba ilə hədəfə alınıb.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ işğalçılarının rəhbərlik etdiyi sözdə “anti-İŞİD koalisiyası”nın Babil və əl-Divaniyyə əyalətləri arasında dəstək karvanı istiqamətində bombanın partladığı bildirilib.

Bu barədə İraq xəbər mənbələri belə bildiriblər: “İşğalçı ABŞ koalisiyasının dəstək sütunu Babil və Əl-Divaniyyə əyalətləri arasında dörd bomba ilə hədəfə alınıb.”

Eyni zamanda İraq təhlükəsizlik mənbəsi Shafaq News-a bildirib ki, partlayış heç bir itkiyə səbəb olmayıb.

Qeyd edək ki, İŞİD-ə qarşı qondarma Amerika koalisiyasının dəstək sütunları və onların İraqdakı hərbi bazaları son illərdə bir neçə hücumun hədəfinə çevrilib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!