22 dekabr 2021 - 12:36
Əmir-Abdullahiyanın Bakı səfəri

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan IRIB müxbiri ilə müsahibədə deyib ki, sabah Bakıya səfərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, öz azəri həmkarı və bu ölkənin digər rəsmilərilə görüşəcək.

ABNA24 Xəbər Verir, Əmir-Abdullahiyan əlavə edib ki, Tehran-Bakı əlaqələri son aylarda iki ölkə münasibətlərində yaranan bəzi anlaşılmazlıqlara baxmayaraq, yaxşı, stabil və inkişaf meyllidir.

Ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq və bu ay iki ölkənin prezidentləri EKO sammitinin kənarında görüşdülər. Aşqabadda keçirilən bu görüş müsbət və konstruktiv oldu.-deyə, İranın xarici işlər naziri bildirib.

342/