29 noyabr 2021 - 06:37
İran və Pakistan prezidentləri görüşüblər

İran prezidenti Seyid İbrahim Rəisi EKO sammitinin kənarında bu gün Pakistan prezidenti Arif Ələvi ilə görüşüb.

ABNA24 Xəbər Verir,Rəisi və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin 15-ci sammitində iştirak etmək məqsədilə dünən Tehrandan Türkmənistanın paytaxtı Aşqabada yola düşüb.

Rəisi Aşqabad hava limanına daxil olarkən Türkmənistan prezidenti Qurbanqulu Berdı-Məhəmmədov tərəfindən rəsmi şəkildə qarşılanıb.

İran İslam Respublikası, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Azərbaycan Respublikası EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrdirlər.

342/