ABNA24 Xəbər Verir, Səid Xətibzadə tanker partlayışı nəticəsində Syerra-Leon vətəndaşlarından onlarla nəfərin həyatını itirməsi münasibətilə öz dərin təəssüf və narahatlığını bildirib. Xətibzadə Syerra-Leonun xalqına, hökumətinə və hadisə qurbanlarının ailələrinə başsağlığı verib, onların kədərilə bölüşübdür.
Beynəlxalq medialar bildiriblər ki, Syerra-Leonun paytaxtını titrədən tankerin partlaması onlarla nəfərin həyatını itirməsinə bais olub.
Syerra-Leonun paytaxtı- Fritaundakı yerli medialar da bildiriblər ki, bu şəhərin mərkəzində güclü tanker partlayışı nəticəsində doxsan nəfərdən çox insan həyatını itirib.
Bir milyon nəfərə yaxın əhalisi olan Syerra-Leonun paytaxtı partlayışa yaxın məhəllələrdə iri həcmdə cəsədlərin şahididir.
342/