ABNA24 Xəbər Verir,“Vergi daxilolmalarında dolayı vergilərin payı yenə yüksək olaraq qalmaqdadər.Büdcə daxilolmalarında ƏDV-dən gələn daxilolmalar mənfəət vergilərindən gələn daxilolmalardan yenə də çoxdur”,-deyə V.Bayramov bildirib.
Millət vəkili qanunvericilikdəki dəyişikliklərin biznes mühitinə mənfi təsirindən danışıb: “Biznes və sahibkarlar üçün qanunvericiliyin və qaydaların uzunmüddətli dövrdə stabil qalması daha vacibdir.
Vüqar Bayramov Təqdim edilən dəyişikliklərin səhifə sayına görə Vergi Məcəlləsinin səhifələrinin sayından çox olduğuna diqqət çəkərək deyib: Daha uzun dövrü əhatə edən yeni Vergi Məcəlləsi hazırlanmalı, yeni Məcəllə orta hesabla 10 il ərzində sabit qalmalıdır”.
Deputat maliyyə sanksiyalarının differensial olmasını təklif edib: “Sanksiyalar sahibkarın fəaliyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən avtomobillərin idxalı ilə bağlı vergilərin yüksək olması Azərbaycanda avtomobil parkının köhnəlməsinə gətirib çıxarıb.”,- deyə Vüqar Bayramov bildirib.
342/