ABNA24 Xəbər Verir, Şiə ilahiyyatçının oğlu Qasım Rüstəmovun Turan agentliyinə verdiyi məlumata görə, atasını evdən aparıblar. Bu zaman mənzildə axtarış aparılıb və dini ədəbiyyat müsadirə edilib. İlahiyyatçının ailəsinə onun saxlanılmasının səbəbini açıqlamayıblar.
Qeyd edək ki, son günlər bir neçə şiə ilahiyyatçı saxlanılıb. Amma onlardan yalnız birinə - Sərdar Babayevə rəsmi ittiham irəli sürülüb. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
342/