16 oktyabr 2021 - 15:31
İran Qəndəhar Şiə Məscidinə edilən terroru pislədi

“...İran İslam Respublikası Əfqanıstandakı müsəlman bacı və qardaşlarımızın düşmənlərinin bölüşdürücü planlarını empatiya, həmrəylik və əməkdaşlıqla dəf edəcəyinə əmindir.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Əfqanıstanın Qəndəhar şəhərində Şiə Məscidində törədilən terror aktı ilə əlaqədar açıqlama yayıb.

Nazirlik açıqlamasında, təkfirçi sionist əlaltılarının Qəndəhar Şiə Məscidinə törətdikləri terror aktını şiddətlə qınayaraq, Müsəlman Ümmətinin düşmənlərinin bölücü planları barədə xəbərdarlıq edib:

“İran İslam Respublikası Xarici İşlər Nazirliyi, təkfirçilərin Qəndəhardakı Fatimiyyə Məscidində cümə namazına qatılanların çoxunun şəhid olması və yaralanması ilə nəticələnən törətdikləri terror aktını şiddətlə qınayır və şəhid ailələrinə, Əfqanıstan xalqına, hadisədə sağ qalanlara başsağlığı verir, Allahdan böyük mükafat əta etməsini diləməklə yanaşı insanlığa qarşı törədilən bu cinayət nəticəsində yaralanlara təcili şifa verilməsini istəyir və Müsəlman Ümmətinin düşmənlərinin bölücü planları barədə bir daha xəbərdarlıq edərək, İslam adına şiddət və ekstremizmi inkar etməklə yanaşı Şiə və Sünnilərin birliyinə ehtiyac olduğunu vurğulayır.

Daha əvvəl Kunduzda ibadət edənlərə edilən faciəli hücum da daxil olmaqla bu dəhşətli hadisə, Əfqanıstanda sayıqlığın artırılması, Şiə və Sünni dini mərkəzlərinin və digər toplantı mərkəzlərinin qorunmasının iki qat artırılması zərurətini vurğulayır.

İran İslam Respublikası Əfqanıstandakı müsəlman bacı və qardaşlarımızın düşmənlərinin bölüşdürücü planlarını empatiya, həmrəylik və əməkdaşlıqla dəf edəcəyinə əmindir.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!