ABNA24 Xəbər Verir, Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilən görüş dini liderlərin Cənubi Qafqazda sülhməramlı missiyasına həsr olunub.
Dini liderlərin üçtərəfli görüşü mətbuatın iştirakı olmadan keçirilib və bu koronavirus pandemiyası ilə izah edilib.
Ötən gün də Patriarx Kirill ayrı-ayrılıqda Allahşükür Paşazadə və II Qareginlə görüşmüşdü.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu üçtərəfli görüşü 2017-ci ilin sentyabrın 8-də Moskvada keçirilib
342/