ABNA24 Xəbər Verir, "Şəms" və "Hormoz" sistemlərinin təqdimatı mərasimi bu gün İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı briqada generalı Əmir Səbahifərdin iştirakı ilə keçirilib.
Uzun mənzilli müdafiə sistemlərinin simulyatoru olan Şəms sistemi və orta mənzilli taktiki radar olan Hormoz sisteminin təqdimatı mərasimi briqada generalı Əmir Səbahifərd, Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinin Özünü təmin etmə və Tədqiqat Təşkilatının rəhbəri briqada generalı Ağaməhəmmədi və bu qüvvələrin bir sıra digər mütəxəssislərinin iştirakı ilə keçirilib.
342/