16 sentyabr 2021 - 18:14
İŞİD komandirlərindən biri Afrikada öldürüldü

Fransa, İŞİD terror qruplaşmasının lideri Adnan Əbu Valid əs-Səhrainin, Afrikanın Böyük Səhra deyilən ərazidə, Fransız qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Fransa prezident ofisi cümə axşamı günü öz Twitter səhifəsində İŞİD terror qruplaşmasının lideri "Adnan Əbu Vəlid əl-Səhrai" nin Afrikanın Böyük Səhra bölgəsində, Saxarada, Fransa qüvvələri tərəfindən öldürüldüyünü açıqlayıb.

Fransa prezidenti Emanuel Makron, "Biz, Sahildə terrorla mübarizədə daha bir böyük qələbə qazandıq" deyərək bildirib.

Adnan Əbu Vəlid əs-Səhrai, Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsuldar torpaqlara malik tropik savanna bölgəsindəki qondarma “İŞİD” adlı terror qruplaşmasının lideri idi. O, Niger, Mali və Burkina Fasoda ölümcül hücumlarda məsul şəxs idi. Onun təşkil etdiyi hücumlar, bölgədəki mülki şəxsləri və təhlükəsizlik qüvvələrini hədəfə alırdı.

Terror qrupu 2017 -ci ildə Afrikadakı işğalçı ABŞ əsgərlərinə də hücum etmişdi. 9 Avqust 2020-ci ildə Adnan Əbu Valid əl-Səhrai, Nigerdəki bir humanitar təşkilatın altı fransız işçisinin, Nigeryalı bələdçisi və sürücüsünün şəxsən öldürülməsinə əmr vermişdi.

 

………………….

Xəbərin sonu / 218

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!