7 sentyabr 2021 - 14:40
Dünya Əhli-Beyt (ə) Assambleyasının Baş Katibindən Ayətullah Məhəmməd Səid Hakimin vəfatı münasibətilə başsağlığı mesajı

Həzrəti Bəqiyatullah əl-Əzəmin (canımızın Ona fəda olsun) hüzuruna və İslam İnqilabının Ali Rəhbəri, Ayətullah Sistanini başda olmaqla Ali Təqlid Mərcələrinə, Nəcəf və Qum Elmi Orqanlarına, İraq xalqına və o həzrətə təqlid edənlərə, dini tələbələrə və o həzrətə əlaqəli olan hər bir kəsə, həmçinin müdrik həkimlər ailəsinə, xüsusən də qardaşlarına və hörmətli zadəganlara başsağlığı verirəm.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İslam Dünyanın Ali Təqlid MƏrcələrindən biri olan Ayətullah Seyyid Məhəmməd Səid Həkimin vəfatından sonra Ayətullah "Rza Ramazani" bu düzəlməz itki münasibəti ilə başsağlığı mesajı göndərib.

Ümümdünya Əhli-Beyt Assambleyasının (əleyhimus səlam) Baş Katibinin başsağlığı mesajının tam mətni belədir:

 

Mehriban və Bağışlayan Allahın Adı ilə

 

Böyük fəqih Həzrət Ayətullah Hac Seyyid Məhəmməd Səid Hakimin vəfatı çox təəssürat və təəssüf doğurdu.

Cihad və Şəhadət Evindən çıxan şanlı alim bütün şərəfli ömrünü elm öyrənməklə, sonra əhkam və dini qaydaları təbliğ etməklə, həmçinin Quran və İtrət maarifini insanlara yaymaqla keçirdi.

Bəəs rejiminin həbsdə olduğu çətin illərə dözmək, dini və xidmət mərkəzləri qurmaq, alim və mübəlliğlər yetişdirmək, çoxsaylı kitablar yazmaq və bu ixlaslı alimin Ərbəin vaxtı İmam Hüseynin milyonlarla zəvvarının rifahı naminə səy göstərməsi dəyərli saleh əməllər olaraq, müqəddəs ruhu üçün yaxşı azuqə olacaqdır.

Həzrəti Bəqiyatullah əl-Əzəmin (canımızın Ona fəda olsun) hüzuruna və İslam İnqilabının Ali Rəhbəri, Ayətullah Sistanini başda olmaqla Ali Təqlid Mərcələrinə, Nəcəf və Qum Elmi Orqanlarına, İraq xalqına və o həzrətə təqlid edənlərə, dini tələbələrə və o həzrətə əlaqəli olan hər bir kəsə, həmçinin müdrik həkimlər ailəsinə, xüsusən də qardaşlarına və hörmətli zadəganlara başsağlığı verirəm.

Uca Allahın hüzurunda mərhum üçün ali dərəcələr, ilahi övliyalarla məhşur olmaq və pak əcdadları ilə (əlyhimus səlam) cənnətdə bir arada olmaq və bütün yaxınları və sağ qalanlar üçün səbir və əmin-amanlıq diləyirəm.

 

Biz Allaha məxsusuq və Ona qayıdırıq

 

Rza Ramazani

Ümümdünya Əhli-Beyt (ə) Assambleyasının Baş katibi

13 Şəhrivər 1400

26 Muhərrəm 1443

04 Sentiyabr 2021

........................

Xəbərin sonu / 101

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!