29 avqust 2021 - 05:34
Üç milyon yarım əfqanıstanlı İranda yaşayır

İran üç milyon yarım əfqanıstanlıya ev sahibliyi etdiyini bildirib.

ABNA24 Xəbər Verir, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrellə telefon danışığında bəyan edib ki, İran İslam Respublikası üç milyon yarım əfqanıstanlı mühacir və qaçqına ev sahibliyi edir  və növbəti mühacir axını çətin vəziyyət yaradacaqdır.

Onun sözlərinə görə mövcud şəraitdə növbəti axının olacağını bildirib və beynəlxalq təşkilatlardan dəstəklərin verilməsilə bağlı çıxış edib.

342/