25 avqust 2021 - 03:41
Lerikdə dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Lerik rayonu, Soru kəndi yaxınlığındakı dağlıq ərazidə 22 avqust tarixindən başlamış yanğın söndürülüb.

ABNA24 Xəbər Verir, Fövqəladə Hallar Nazirliyinin bildirdiyinə görə, , ümumilikdə təqribən, 15 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb, Ancaq yanğından meşə zolağı mühafizə olunub.

FHN-in verdiyi məlumata görə, bu nazirliyin yanğınsöndürənləri ilə bərabər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, eləcə də yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunublar.

342/