17 avqust 2021 - 15:00
Taliban əfqan xalqına zəmanət verib

Taliban qrupu Əfqanıstanda qadın müəllimələr və qız məktəblilərin işlərinin davam etməsi və xalqın həyatı və əmlakının təmin ediləcəyinə zəmanət verib.

ABNA24 Xəbər Verir, Talbian-ın sözçüsü qeyd edib ki, bu qrup Əfqanıstan vətəndaşlarının həyatı, abrı və əmlakını heç bir təhlükənin hədələməyəcəyinə zəmanət verir.

«Xalq qorxuya düşməməlidir. Bu, bizim öhdəliyimizdir. Onlar hal-hazırda bizim nəzarətimiz altında olan bölgələrdə xalqın adi yaşayışını müşahidə edə bilərlər.»- deyə, Süheyl Şahin CNN telekanalı ilə müsahibədə deyib.

O, qeyd edib ki, bu bölgələrdə məktəb və idarələr açıqdır və dükan sahibləri öz işlərilə məşğuldurlar.

Talbian-ın sözçüsü Əfqanıstanda qadınların hüquqları barədə isə belə söyləyib: Qadın və qızlar müəllimə və məktəbli kimi məktəbə gedəcəklər. Siz qarşıdakı bir neçə gündə onun şahidi olacaqsınız.

342/