14 avqust 2021 - 14:03
Türkiyədə sel hadisəsində ölənlərin sayı artıb

Türkiyənin şimal vilayətlərində sel, çayların daşması və dağ sürüşməsi indiyədək on yeddi nəfərin ölümünə səbəb olub.

ABNA24 Xəbər Verir, Bartın, Samson, Kastamonu, Karabük iki gün bundan öncədən misli görünməmiş yay yağışının şahidi olan Qara dənizin ətrafında yerləşən dörd vilayətdir.

Hidrometeorologiya ekspertlərinin sözlərinə görə, bəzi bölgələrdə bir gündə hər kvadrat metrdə 400 kiloqram yağış yağıb, halbuki bu miqdar həmin bölgələrin illik səviyyəsidir.

Selin şiddəti və dağıntı dairəsinin genişliyi o həddədir ki, Türkiyə rəsmiləri əhaliyə, çayların daşması və dağ sürüşməsi təhlükəsinə görə, vəziyyətin sakitləşməsinədək bu bölgələrin əlaqə yollarından istifadə etməmək barədə xəbərdarlıq ediblər.

Türkiyə hidrometeorologiya təşkilatı da sel törədən yağışların bazar gününədək davam etməsi haqda xəbərdarlıq edibdir.

342/