2 avqust 2021 - 12:07
İranın Türkiyəyə yanğın əleyhinə dəstəyi davam edir

İran İslam İnqilabının Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələri Türkiyədə yanğınsündürmə əməliyyatında iştirak etmək üçün bu ölkəyə bir ədəd "İlyuşin-76" tipli təyyarə və iki ədəd "Mİ-171" tipli helikopter göndərib.

ABNA24 Xəbər Verir, Türkiyənin İran İslam Respublikasından bu ölkənin müxtəlif vilayətlərində meşə yanğınları ilə mübarizə üçün yardım müraciətindən sonra və İran Silahlı Qüvvələri Baş Qərargahının təlimatına uyğun olaraq , SEPAH-ın Aerokosmik Qüvvələri yanğınsöndürmə əməliyyatına kömək etmək üçün Türkiyəyə bir İlyushin-76 təyyarəsi və iki "Mİ-171" helikopteri göndərib.

İndiyə qədər İlyushin təyyarələri ondan çox havadan yanğınsöndürmə əməliyyatı həyata keçiriblər və bu gündən etibarən vertolyotlar da yanğınsöndürmə əməliyyatlarına qatılacaqlar.

SEPAH-ın Aerokosmik Qüvvələri, havadan yanğınsöndümə sistemlərini layihələşdirib, hazırlamaqla və müxtəlif yanğınsündürmə əməliyyatları həyata keçirməklə ən təcrübəli və ən məharətli yanğınsöndürmə qruplarından birinə malikdir; Hansı ki, ötən illər ərzində ölkənin müxtəlif bölgələrində yanğınsöndürmə əməliyyatlarına ciddi köməklik göstərməklə yanaşı dost və qonşu ölkələrin köməyinə də çatır.

342/