10 iyul 2021 - 13:16
İranın Əfqanıstanla sərhədləri tam təhlükəsizdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İranın Əfqanıstanla sərhədlərində əmin-amansızlıq yoxdur.

ABNA24 Xəbər Verir, Səid Xətibzadə sərhəddəki son dəyişikliklərdən sonra Əfqanıstanla sərhədlərdə və sərhəd keçidlərindəki vəziyyətə dair sualın cavabında bildirib ki, İran İslam Respublikasının sərhədləri ölkəmizin qeyrətli sərhədçilərinin ciddi-cəhdi ilə asayiş və təhlükəsizlikdədir və İranın Əfqanıstanla sərhədlərində əmin-amansızlıq yoxdur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib ki, Əfqanıstanın daxilindəki «İslam qala» və «Əbu-Nəsr» gömrüklərində baş vermiş toqquşmalara əsasən, bir qrup əfqan işçi İranın daxilinə gəlib.

Xətibzadə vurğulayıb ki, İran İslam Respublikası dinc yanaşı yaşama çərçivəsində, həmçinin Əfqanıstanla sərhəd müqavilələrinə və qanun-qaydalara əsasən, lazımi tədbirlər görəcək.

342/