30 iyun 2021 - 17:37
"İran Milli Rəsədxanası" nın açılışı / İran İslam Höküməti dünyanın 10 teleskop istehsalçısından biridir.

İran İslam Respublikasının Prezidenti dedi: "Mən şadam ki, iqtisadi müharibə illərində ölkədə elm və bilik inkişafını davam etdirdik və dayanmadıq."

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, "İran Milli Rəsədxanası", İran İslam Respublikasının Prezidenti Höccətül İslam və Müsəlimin Dr. Həsən Ruhaninin canlı yayımda, telekörpü vasitəsilə etdiyi iştirakı ilə 28 iyun 2021 Bazar ertəsi günü istifadəyə verilib.

Bu rəsədxana Kaşanın "Kamo və Çoqan (Coşqan)" şəhəri ətrafında "Qarqaş" dağının zirvəsində tikilmişdir. İranın müxtəlif bölgələrində 40-dan çox dağ zirvəsini ölçüb araşdırdıqdan sonra Qarqaş Zirvəsi peşəkar astronomik teleskopların yaradılması üçün ən uyğun zirvə seçildi və İranın Milli Rəsədxanası İran alimləri və mühəndisləri tərəfindən dizayn və inşa edildi.

Açıq səma, yerin əlverişli hündürlüyü və materialı və iri çirklənmə mənbələrindən olan məsafə, ölkənin on zirvəsi arasında 3622 metrlik Qarqaş zirvəsində İran Milli Rəsədxanasının inşasına səbəb oldu.

Teleskopun bütün komponentləri və avadanlığı və bu rəsədxananın qübbəsi İran istehsalıdır və bu layihənin həyata keçirilməsi ilə İran İslam Respublikası dünyada nəhəng teleskopu yaradan 10 ölkədən biri oldu.

İran İslam Respublikasının Prezidenti açılış mərasimində dedi: "Həmd olsun Allaha, bu gün bu nəhəng rəsədxanamız var." Güzgü diametri 3,4 metr olan bu rəsədxana bölgədəki ən vacib rəsədxanalardan biridir.

Doktor Həsən Ruhani əlavə etdi: "Biz Yer adlı kiçik bir planetdə yaşayırıq və bu dünya çox geniş və böyük bir dünyadır və Allah Qurani Kərimdə buyurur:" وَإِنَا لَمُوسِعُون ". Allah kainatı daim genişləndirir, qalaktikalar, planetlər və ulduzlar artmaqdadır və gözümüzün teleskopla görə biləcəyi şey bu geniş kainatla müqyisədə çox məhduddur.

O, ABŞ-ın cinayətkarcasına tətbiq etdiyi sanksiyalarına rəğmən İran İslam Respublikasının tərəqqi etdiyinə işarə edərək deyib: "İqtisadi müharibə ili olan bu illərdə elm və bilik yolunu davam etdirə bildiyimizə və dayanmamağımıza görə sevinirəm. Bizim ölkəmiz bu ötən 8 ildə elm və texnologiya yolunda böyük bir sıçrayışın şahidi oldu."

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!