Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əl-Səbah Ayətullah Seyyid İbrahim Rəisiyə İran İslam Respublikasında keçirilən prezidentlik seçkilərində qələbə qazandığı münasibəti ilə təbrik məktubu göndərib.
O, təbrik məktubunda Ayətullah Seyyid İbrahimi üçün Allah təaladan müvəffəqiyyətlər arzulayıb və İran İslam Respublikasının çiçəklənməsini və tərəqqi etməsi üçün dua edib.
Kuveyt Əmirliyinin vəliəhdi Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Səbah və Kuveyt baş naziri Şeyx Səbah Xalid əl-Həmd əl-Səbah da öz növbələrində ayrı-ayrılıqda Ayətullah Seyyid İbrahim Rəisiyə təbrik məktublarını göndəriblər.
Qeyd edək ki, Ayətullah Seyyid İbrahim Rəisi Hicri şəmsi təqvimi ilə 28 Xordad 1400-cü il (18.İyun.2021) Cümə Günündə keçirilən İranın 13-cü prezident seçkilərində 17 milyon 962 min səs çoxluğu ilə (seçiciləri 62%-nin səsini toplamaqla) xalq tərəfindən İran İslam Respublikasının 8-ci prezidenti olaraq seçilmişdir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!