5 iyun 2021 - 10:33
İmam Xamenei cənablarının 4 İyun, İmam Xomeyni həzrətlərinin vəfatının ildönümü günü çıxışı

İmam Xamenei: “İslam Hakimiyyətinin əleyhdarlarının digər bir qrupu isə dinə inananlardır, ancaq deyirlər ki, İslam siyasətə girişməməlidir. Bu insanlar əslində "dindar sekuliyarlardır" və dinin cəmiyyətdə ictimai və siyasi sahələrdəki müdaxiləsinə və hökmranlığına inanmırlar."

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri, Ayətullah Xamenei həzrətləri, 4 İyun, 2021 tarixdə İmam Xomeyni (r.ə) -in vəfatının ildönümündə televiziya vasitəsilə çıxış edib.

İmam Xamenei həzrətləri çıxışında “İslam Respublikası” nəzəriyyəsinin yaranması və həyata keçirilərək reallaşmasını, yəni İslamın dərinliklərindən qaynaqlanaraq pak İslam dininə və Dini Demokratiyaya söykənən bir hökumətin qurulmasını mərhum İmam Xomeyninin ən vacib təşəbbüsü adlandıraraq bildirib: “İslam Respublikasının və İmam Xomeyni sisteminin davamlılığının əzəmətli sirri, düşmənlərin bu sistemin tənəzzülü və tezliklə dağılacağı ilə bağlı verdikləri bütün proqnozlarına rəğmən, İslam qanunlarının və xalqın iştirakı ilə idarə olunan Hakimiyyət mənasını verən "Cümhuriyyət" və "İslam" sözləri idi. Bundan sonra da bu iki söz davamlı inkişafın zəmanətçisidir.”

Ayətullah Xamenei, həmçinin İmam Xomeyni həzrətlərinin (r.ə) xalqın daim seçkilərdə iştirak etməsinin zəruri olduğunu, problemlərin çözülməsində ləyaqətli bir şəxsi seçilməsini həll yolu adlandırıb. O, gələcək prezidentin sosial ədaləti yaratmağa, daxili istehsalın gücləndirilməsinə, korrupsiyaya qarşı mübarizə aparmasının zəruriliyinə işarə edərək deyib: "Xalqın hər bir üzvü özünü seçkilərdə iştirak etmək məcburiyyətində saymalı və başqalarını da buna təşviq etməlidir."

İnqilabın Ali Rəhbəri, İmamın vəfat etdiyi günlərdə xatirəsinin yenidən canlanmasına işarə edərək əlavə edib: “Millət və ölkə o böyük şəxsiyyətin, əvəzolunmaz liderin, müdrik həkimin, polad iradəyə malik bir şəxsin, dərin iman və mehriban qəlbli rəhbərin xatirəsini və göstərişlərini daima qoruyur".

Ayətullah Xamenei inqilabın ilkin günlərində qlobal ekstravaqantlar tərəfindən xalqı misli görünməmiş və daim təkrarlanan, İslam Respublikasının iki ay, altı ay və ya ən çox bir il ərzində məhvə məhkum olacağı ilə bağlı verdikləri proqnozlarına işarə edərək deyib: “İmam Xomeyninin  qətiyyətliyi, xalqın müharibədə parlaq qələbələr qazanmaqları və digər uğurlar şayələri səngitdi. Ancaq İmamın vəfatından sonra düşmənlər və pis niyyətli insanlar bir daha İslam Respublikasının süqut etməsi ilə bağlı çirkin arzularını təkrarlamağa başladılar.”

Ayətullah Xamenei, 1369-cu (1990-cı) ildə köhnəlmiş və həddən ziyadə iddialı bir partiyanın rəsmi elanını, bu hadisədən bir neçə il sonra bir qrup millət vəkilinin İslam Respublikasının müddətinin bitəcəyinə dair ünvanladıqları məktubunu və bəzi Amerika rəsmilərinin İslam Respublikasının 40 yaşına çatmayacağı ilə verdikləri proqnozlarını İslam Respublikasının tənəzzülə uğrayacağı barədə yalnış proqnozlar olduğunu bildirərək deyib: “Bbu fərdlər və qruplar, proqnozlarında arzularını ifadə etməklə yanaşı dünya inqilablarının məğlubiyyətə uğradıqlarına da istinad edirdilər.”

İmam Xamenei İslam Respublikası Nəzəriyyəsinin İmam Xomeyni tərəfindən yaradılmasını böyük bir iş adlandıraraq deyib: “Böyük İmam bu nəzəriyyəni beynəlxalq siyasi nəzəriyyələr sahəsində daxil etdi və xalqın gücü və çox dərin biliyi ilə bu nəzəriyyəni obyektivləşdirərək həyata keçirdi.”

İslam Respublikasının iki cəhəti olan “İslam” və “Cumhuriyyət” ilə qatı düşmənçilik edənlərə toxunan İmam Xamenei əlavə edib: “İslam Hakimiyyəti ilə müxalifətçilik edənlərin bir hissəsi dinsiz sekuliyarlar idi. Onların iddialarına görə, Dinin siyasi hakimiyyət qurmasına və ölkəni idarə etməsinə heç bir ləyaqəti yoxdur. Din sadəcə bir sıra fərdi işlərdən və ibadi məsələlərdən ibarətdir. Əlbətdə bir toplum sekuliyarlar da vardır ki, Dinin ümumiyyətlə cəmiyyət üçün zərərli və tiryək olduğuna inanırdılar.

İslam Hakimiyyətinin əleyhdarlarının digər bir qrupu isə dinə inananlardır, ancaq deyirlər ki, İslam siyasətə girişməməlidir. Bu insanlar əslində "dindar sekuliyarlardır" və dinin cəmiyyətdə ictimai və siyasi sahələrdəki müdaxiləsinə və hökmranlığına inanmırlar."

Ayətullah Xamenei İslam Respublikasının Cumhuriyyət olmasına qarşı çıxanların da iki dəstə olduqlarına işarə edərək deyib: "Bu müxaliflərdən bəziləri “sekuliyar liberallar”dır. Onların iddiasına görə demokratiya mütləq liberallar və texnokratlar tərəfindən yaradılmalıdır. Və bunun dinlə heç bir əlaqəsi yoxdur.

Dini demokratiya əleyhdarlarının ikinci qrupu isə dinə inananlardır. Lakin onlar deyyirlər ki, xalqın dini hakimiyyəti idarə etməkdə heç bir rolu yoxdur. Din xalqa heç bir rol vermədən və xalqa söykənmədən höküməti yaratmalıdır. Bu nəzəriyyənin ifratçı üzünü son illərdə İŞİD qruplaşmalarının yaranmasında müşahidə etdik.”

Ayətullah Xamenei insanlara güvənərək yaradılan Dini Hakimiyyəti ağıllı və emosional olmayan bir elmi nəzəriyyə adlandıraraq dedi: “Dini demokratiya İslamın mətnindən qaynaqlanır və kim bunu inkar etsə, Quranı təhqiq etməyib və öyrənməyib.”

İnsanların Hz. Peyğəmbərə itaət etmələrinin vacibliyi barədə Quranın təkrarlanan ayələrini misal gətirərək əlavə etdi: "Yüzlərlə Quran ayələrində insanların Peyğəmbərdən itaət etmələri açıqlanıb, cihad, ədalətin bərpa edilməsi, cəzaların icrası, sosial-iqtisadi əməliyyatlar, beynəlxalq müqavilələr və onlarla digər sahələr ki, bu sahələrin birləşməsi hökumətin qurulması deməkdir.”

Hökumətin qurulması ilə əlaqədar çoxsaylı hədislərə və Hz. Peyğəmbərin sünnəsinə istinad edərək, Ali Rəhbər əlavə edib: "Peyğəmbərin vəfatından sonra, varis olması ilə bağlı mübahisələrə baxmayaraq, heç bir müsəlman hökumətin din və Quran ilə idarə olunması barədə şübhə etmədi."

İnqilabın Ali Rəhbəri çıxışının bu hissəsini yekunlaşdıraraq vurğuladı: “Qurani Kərimin ayələrinə və Peyğəmbərin hədislərinə və rəvayətlərinə əsasən, İslama inanan hər bir kəs, İslamın hHakimiyyətinə də inanmalıdır.”

İslam Hakimiyyəti məsələsini açıqladıqlayan İnqilabın Ali Rəhbəri cümhuriyyət və demokratiya mövzusuna toxunaraq, xalqın səsverməsinin mötəbərliyinin çox vacib bir məsələ olduğuna işarə edərək bildirib: “Bu mövzuya iki növ yanaşmaq mümkündür: 1- Dini, etiqadi, Haqq və məsuliyyət çərçivəsi,  2 - Dini Hakimiyyətin praktik olaraq reallaşması xalq olmadan mümkün deyil.”

Xalqın dini və etiqad nöqteyi-nəzərindən verdiyi səslərlə əlaqədar olaraq əlavə etdi: "Ayələrdə və hədislərdə insanlar, elit təbəqə cəmiyyətin taleyində və sinif ayrılıqlarının qarşısını almaqda məsul sayılırlar. Bununla yanaşı əmr be məruf mühüm ictimai bir vəzifə olaraq qəbul edilir ki, əmr be mərufun ən vaciblərindən biri də Dini Hökumətin qurulmasıdır...

Xalqdan dəstək almayan hökumətlərin güc və zülmə əl atmaqdan başqa çarələri yoxdur. Amma İslam hökumətndə zülmə icazə verilmədiyi üçün İslam hökumətinin reallaşması və davamı yalnız xalqın dəstəyi ilə mümkündür. Məhz bu səbəbdən də Dini Demokratiya və İslam Cumhuriyyəti sırf dini bir layihədir. Bəziləri ki, iddia edirlər mərhum İmam Xomeyni demokratiyanı Qərbdən götürmüşdür bu əsassız bir bəyanatdır, çünki İmam Xomeyni kiməsə və nəyəsə xatir Allahın hökmündən imtina etməli olan bir insan deyildi."

İmam Xamenei həzrətləri sonra belə buyurdu: "İmam Xomeyninin ictimaiyyətdə hicabın vacibliyi mövzusunu gündəmə gətirdiyi gün imamın bəzi qohumları da daxil olmaqla bir sıra insanlar buna qarşı çıxdı, lakin İmam Xomeyni qəti şəkildə bu məsələni- dini qaydanı gündəmdə saxladı.

Ali məqamlı İmam Xomeyni dərin dini biliklərə əsaslanan bu dini yeniliyi həyata keçirərək əsrlər boyu istibdada alışmış İran millətini səhnəyə gətirdi ki, özlərinə və onlardakı mövcud potensialarına inanmaqla bir neçə minillik monarxiya rejimini devirmək, dünyanın bütün böyük güclərinin dəstəyinə arxalanaraq İrana qarşı aparılan səkkiz illik müharibəyə qalib gələ bilsinlər...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!