24 may 2021 - 19:35
"Trampın istifadə müddəti bitmiş mirasından əl çəkin!"

İranın XİN başçısı ABŞ-ı nüvə sazişinin canlanmasını əngəlləməkdə ittiham edib.

ABNA24 Xəbər Verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi tvitter səhifəsində yazıb ki, Bayden Trampın istifadə müddəti bitmiş mirasında əl çəkməlidir.

O, ABŞ dövlət katibi Antonio Blinkenin dünənki açıqlamalarına münasibət bildirərkən qeyd edib ki, Trampın qoyduğu sanksiyaları ləğv etmək, qanuni və əxlaqi baxımdan bir öhdəlikdir, bu, nüvə danışıqlarında nüfuz etmək üçün bir vasitə deyil.

Xatırladaq ki, ABŞ dövlət katibi Antonio Blinken ötən gün İranın nüvə danışıqlarında ciddi olmadığını iddia etmişdi.

342/