ABNA24 Xəbər Verir, Vyanada nüvə anlaşmasının bərpası barədə gedən müzakirələrdə irəliləyişin yavaş gedişatına toxunan «Politiko» analitik vebsaytı xəbər verib ki, həftələrlə müzakirədən sonra İran və Amerika hal-hazırda Vaşinqtonun hansı sanksiyaları götürməli olması problemi ilə üz-üzədirlər. Həmçinin Amerikanın 2018-ci ildə nüvə anlaşmasından çıxdığı zamandan bəri İranın nüvə irəliləyişləri ilə bağlı görülməli olan tədbirlər barədə də ixtilaflar mövcuddur.
Bu amerikan vebsayt sonda iki qərbli diplomata istinadla bildiribdir ki, müddəti mayın 21-də bitəcək İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasındakı müvəqqəti razılaşmanın uzadılması ehtimalı var.
Nüvə anlaşmasına üzv ölkələrin nümayəndələri ötən üç həftə ərzində Vyanada bir araya gəldilər. Məqsəd, bu anlaşmanın fəallaşdırılması və Amerikanın ehtimal üzrə ona qayıtması barədə məşvərət etmək olubdur.
342/