10 may 2021 - 14:36
Müqtəda Sədr İsrailin hərəkətlərini qınadı

İraqın "Sədr" hərəkatının sədri Seyid Müqtəda Sədr İsrail rejiminin Əl-Əqsa məscidinə qarşı hərəkətlərini qınayıb.

ABNA24 Xəbər Verir, o bu barədə rəsmi "Tvitter" hesabında yazıb.

  Müqtəda Sədr Qüdsün İsrail rejiminə yox, bütün dinlərə məxsus olduğunu vurğulayıb. "Biz işğalçı qüvvələr tərəfindən edilən zorakılıqları və Əl-Əqsa məscidi içərisində dinc şəkildə oturaq aksiya keçirən fələstinlilərə vəhşi hücumları narahatlıq ilə izləyirik. Beynəlxalq ictimaiyyət də baş verənlərə susmamalıdır", - deyə Seyid Müqtəda Sədr diqqətə çatdırıb.

342/