ABNA24 Xəbər Verir, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında dövlət başçıları ABŞ prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınayıblar.
Bu qərarın yanlış olduğunu qeyd edən prezident İlham Əliyev onu tarixi səhv adlandırıb.
İlham Əliyev Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb.
Azərbaycan prezidenti söhbət zamanı açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib və Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.
342/