ABNA24 Xəbər Verir, Hadisədə şübhəli bilinən 28 yaşlı bir gənc nəzarətə alınıb. Hadisə, Arkanzas sərhədinə yaxın bir qəsəbə olan Kuşqonoq-da baş verib.
Yaralılardan üç nəfərin vəziyyəti hələ məlum deyil, lakin səlahiyyətlilər yaralılardan birinin xəstəxanaya aparıldığını söyləyiblər.
Son iki ay ərzində Atlanta, Orıngce Siti, Kalifornia və Vilminqton da daxil olmaqla ABŞ-ın müxtəlif şəhər və əyalətlərində çoxsaylı atışmalar olub.
Statistik məlumatlar göstərir ki, dünya əhalisinin təxminən yüzdə 5-i ABŞ-da yaşayarkən, silah insidentlərinin təxminən yüzdə 31-i ABŞ-da baş verir.
ABŞ Vətəndaşlarının silah gəzdirmə azadlığı çox vaxt bu fenomenin ən vacib və əsas amili hesab olunur. Dünyadakı 650 qeyri-hərbi silahın təxminən yarısı (% 48) Amerika vətəndaşlarının əlindədir.
342/