14 mart 2021 - 13:06
2 İŞİD terrorçusunun həbs edilib; onlarla bomba aşkarlanıb

İran limanlar və dənizçilik təşkilatının icraçı müdiri ölkə limanlarında yüz on iki milyon ton ticarət malının boşaldılması və yüklənməsindən xəbər verib.

ABNA24 Xəbər Verir,  Mohəmməd Rastad deyib: Cari ilin fevral ayının sonlarınadək ölkənin ticarət limanlarında yüz on iki milyon tondan çox müxtəlif növlü ticarət malı boşaldılıb və yüklənibdir ki, bu da ölkənin ticarət gəmiçiliyinə qarşı təhdidlərə rəğmən, yaxşı bir nailiyyət sayılır.

Mohəmməd Rastad sonra deyib: Bu il həmçinin İranın ticarət limanlarında yaxşı inkişaf layihələrimiz olub.

Rastadın sözlərinə görə, gələn günəş ilində İranın cənubunda yerləşən Şəhid Rəcayi adına limanda neft platformalarının bir hissəsi istifadəyə veriləcək.

İran limanlar və dənizçilik təşkilatının icraçı müdiri ölkənin cənub-qərbində yerləşən İmam Xomeyni(r.ə.) və cənub-şərqində yerləşən Çabəhar limanları da daxil olmaqla İran limanlarının inkişaf etdirilməsi üzrə müxtəlif layihələrin icrasından xəbər verib.

342/