1 mart 2021 - 19:03
Möhsün Rzayi“17 Rəbi-Əvvəl Beynəlxalq Qarabağ Konfransı”nda: “Xarici qüvvələr Qarabağı tərk etməlidir!”

İran İslam Respublikasının Məsləhət Şurasının katibi sonda vurğulayıb: “Ən təəccüblüs isə budur ki, Ermənistan Respublikasını Qarabağı işğal etməsinə təşviq və təhrik edənlər bu gün Azərbaycanı müdafiə edirlər, Qarabağa ordu yeridiblər. Bu necə işğaldan azad edilmədir?! Mütləq şəkildə Qarabağın bütün əraziləri azad olunmalıdır, Azərbaycana verilməlidir və heç bir xarici ölkə Qarabağda qalmamalıdır!”

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Qum Elmi Hövzəsinin 01.03.2021 tarixdə, Müqəddəs Qum şəhərində təşkil etdiyi “17 Rəbi-Əvvəl Beynəlxalq Qarabağ Konfransı”nda İran İslam Respublikasının Məsləhət Şurasının katibi Möhsün Rzayi çıxış edib.

O, çıxış zamanı bildirib: “Azərbaycan bizim üçün digər qonşularımız kimi sadəcə qonşumuz deyil. Biz bir millət iki dövlətik. Bu məsələdə Azərbaycan digər qonşularımızdan qat-qat fərqlidir. Biz eyni mədəniyyət, eyni məzhəb, eyni tarixə malik olan və xeyli ortaq dəyərləri özündə cəmləşdirən iki ölkəyik...

Bizim dövlətimizin xarici siyasətindəki böyük səhvlərindən biri də, Azərbaycan Respublikasına qonşu dövləti kimi baxmasıdır. Bizim xalqımız Azərbaycanın azadlığı üçün Çar Rusiyası ilə vuruşmuşdur. Və bu yolda minlərlə şəhidlər vermişdir. İranın bütün əyalətlərindən Bakının qəbirstanlıqlarında uyuyan şəhidləri vardır...

İran, Azərbaycanın Çar Rusiyasının işğalından azad olması məqsədilə dəfələrlə qoşun yeritmiş və Rusiya ilə vuruşmuşdur. Bəzən Bakı azad olmuş, lakin sonradan ruslar Bakını yenidən işğal etmişlər. Amma dübarə İran Azərbaycanı rus işğalından azad etmişdir. Axı Azərbaycanı digər ölkələr ilə necə müqayisə etmək olar?! Bizim xarici siyasətimizdə son qoyulası işlərdən biri də bu məsələdir! Biz Azərbaycanı, Qarabağı, Naxçıvanı Çar Rusiyasının işğalından azad etməsi uğrunda minlərlə şəhid vermişik...”

İran İslam Respublikasının Məsləhət Şurasının katibi Möhsün Rzayi sonra deyib: “SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqilliyini əldə etdikdə İran xalqı şadlıq etdi. Biz bunu İlahi bir nemət hesab etdik və var gücümüz ilə Azərbaycan Respublikasına yardım etməyə tələsdik. Azərbaycan Ordusunun yenidənqurulmasında saysız-hesabsız köməkliklər edən ilk ölkə biz olduq. Təsüflə qeyd etməliyik ki, Ermənistan dövləti Qarabağda yaşayan erməniləri bəhanə edərək, beynəlxalq sərhədləri pozmaqla Qarabağı işğal etdi.”

Möhsün Rzayi daha sonra vurğulayıb: “Ən təəccüblüs isə budur ki, Ermənistan Respublikasını Qarabağı işğal etməsinə təşviq və təhrik edənlər bu gün Azərbaycanı müdafiə edirlər, Qarabağa ordu yeridiblər. Bu necə işğaldan azad edilmədir?! Mütləq şəkildə Qarabağın bütün əraziləri azad olunmalıdır, Azərbaycana verilməlidir və heç bir xarici ölkə Qarabağda qalmamalıdır!”

O daha sonra vurğulayıb: “İran İslam Respublikası Qarabağ müharibəsinin ilk günündən etibarən var gücü iləAzərbaycan Respublikasını müdafiə etdi. 1990-cı illərdə baş verən (birinci) Qarabağ müharibəsində Azərbaycanlı qaçqınlar və qardaşlarımız üçün 43 milyon dollar xərclədi. Lakin Heydər Əliyev zamanında bir sıra gizli əllər İran və Azərbaycan əlaqələrinə zərbələr endirdilər.”

Möhsün Rzayi deyib: “Bu gün Qarabağın problemi budur ki, Qarabağa elə qüvvələr daxil olub ki, bütün dava-dalaşlarını bu məntəqəyə gətiriblər. Və İranı Atəşkəs Komitəsinə daxil olmağa qoymadılar...

Qarabağda yenidənqurma işlərində İran mütləq olmalıdır ki, sionist İsrail rejiminə sərhədlərimiz boyunca əkin sahələrinin şumlamasına, sonra da yollar və keçid məntəqələri yaratmasına imkan verilməsin! Bu (admin: İsrailin qonşuluğumuzda olması), dözüləsi və doğru bir iş deyildir!

Biz, İran dövlətindən tələb edirik ki, əvvəla Atəşkəs Komitəsində iştirak etməlidir, İranın Qarabağın yenidən qurulma işlərində ciddi sürətdə aktiv hüzuru olmalıdır. Amma bizim əsas tələbimiz isə, yalnız Azərbaycanın tərkibində Qarabağa xüsusi muxtariyyat verilməsi, bütün xarici qüvvələrin oranı tərk etməsidir! Ermənistan isə, (admin: Qarabağdan əlavə) işğal etdiyi sair əraziləri Azərbaycan Respublikasına qaytarmalıdır...”

İran İslam Respublikasının Məsləhət Şurasının katibi sonda vurğulayıb: “Azərbaycan məsələsini ciddi tutmalıyıq! İşə keçməliyik, İslam İnqilabının Rəhbəri, İmam Xamenei həzrətlərinin istəklərini, İran və Azərbaycan xalqlarının haqqını tələb etməli və bu iş üçün bir qurum yaratmalıyıq!”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!