ABNA24 Xəbər Verir, İkinci Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərlə bağlı yeni statistika açıqlanıb.
Ermənistanda Əsgərlərin Sığortalanması Fondunun direktoru Varujan Avetikyan bildirib ki, döyüşlərdə iştirak edən 1 600 hərbçidən hələ də bir xəbər yoxdur və onlar itkin düşmüş sayılırlar.
Fond rəhbərinin sözlərinə görə, fevralın 10-dan başlayaraq itkin düşmüşlərin ailələri onların yaxın qohumunun itkin düşmüş kimi tanınması üçün məhkəməyə müraciət edə bilərlər.
Qeyd edək ki, üçtərəfli sazişin imzalanmasından bəri 1200-dən çox erməni hərbi qulluqçusunun cəsədi Ermənistana qaytarılıb.
342/