15 fevral 2021 - 13:33
Britaniyanın dövlət naziri Gürcüstanda səfərdədir

Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton Gürcüstanda səfərdədir.

ABNA24 Xəbər Verir, bu barədə dövlət naziri “Twitter”də bildirib.

“Gürcüstana ilk səfərimi etməkdən və Böyük Britaniya ilə Gürcüstan arasında dinamik tərəfdaşlıq əlaqələrindən məmnunluq duyuram”, - deyə V. Morton qeyd edib.

Nazir iki ölkənin yaxın müttəfiq olduğunu və əlaqələrinin gücləndiyini də vurğulayıb.

342/