ABNA24 Xəbər Verir, Məhəmməd Cavad Zərif bu gün Gürcüstan Respublikasına səfəri zamanı əvvəlcə Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın milli qəhrəmanlarının xatirə abidəsi önünə gül çələngi qoyub.
O, sonra Gürcüstanın prezidenti Salome Zubaşvili ilə görüşüb və ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib.
İranın xarici işlər naziri gürcüstanlı həmkarı David Zalkaliani ilə telefon danışığından sonra Gürcüstanın baş naziri Giorgi Qaxaria ilə görüşüb.
Zərif Gürcüstan rəsmiləri ilə apardığı məsləhətləşmələr barədə deyib: "İran və Gürcüstanın uzun müddətli əlaqələri var və Gürcüstanla tranzit sahəsində əməkdaşlıq üçün əlverişli şərait mövcuddur".
342/