28 yanvar 2021 - 13:42
Zərif Gürcüstanın baş naziri ilə görüşüb

İranın xarici işlər naziri Gürcüstanın baş naziri ilə görüşüb və müxtəlif regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

ABNA24 Xəbər Verir, Məhəmməd Cavad Zərif bu gün Gürcüstan Respublikasına səfəri zamanı əvvəlcə Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın milli qəhrəmanlarının xatirə abidəsi önünə gül çələngi qoyub.

O, sonra Gürcüstanın prezidenti Salome Zubaşvili ilə görüşüb və  ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib.

İranın xarici işlər naziri gürcüstanlı həmkarı David Zalkaliani ilə telefon danışığından sonra Gürcüstanın baş naziri Giorgi Qaxaria ilə görüşüb. 

Zərif Gürcüstan rəsmiləri ilə apardığı məsləhətləşmələr barədə deyib: "İran və Gürcüstanın uzun müddətli əlaqələri var və Gürcüstanla tranzit sahəsində əməkdaşlıq üçün əlverişli şərait mövcuddur".

342/