27 yanvar 2021 - 15:05
Hemməti: Oman İranın strateji şərikidir

İran Mərkəzi Bankının direktoru qeyd edib ki, ABŞ-ın maksimum təzyiqlərinə baxmayaraq, Tehranla ticarət və bank münasibətlərini qoruyub saxlayan Oman hökuməti İranın strateji tərəfdaşıdır.

ABNA24 Xəbər Verir, Əbdulnasir Hemməti Maskatda Omanın sənaye və ticarət naziri Qəys bin Muhəmmədlə görüşdə sonra belə söyləyib: Hal-hazırda Amerikanın maksimum təzyiqləri uğursuz qalıb və İran-Oman əlaqələrinin uzun və tarixi keçmişinə əsasən, iki ölkənin ticarət mübadilələrinin daha da genişləndirilməsi zərurət daşıyır.

Hemməti vurğulayıb: İran və Oman arasındakı ticarət səviyyəsi və həcmini yaxşılaşdırmaq üçün iki ölkənin özəl sektorlarının imkanları və həmkarlığından bəhrələnmək olar.

Görüşdə İran Mərkəzi Bankının direktoru tərəfindən irəli sürülən təklifləri alqışlayan Omanın sənaye və ticarət naziri də vurğulayıb ki, Maskat Tehranla ticarət əlaqələrini genişləndirmək məqsədilə öz səylərini işə salacaq.

İki tərəf həmçinin ticarət və bank əməkdaşlıqlarının genişləndirilməsi üçün lazım olan vasitə və həll yollarının işə götürülməsi tərzi ətrafında fikir mübadiləsi aparıbdır.

342/