ABNA24 Xəbər Verir, Həsən Ruhani Türkiyə prezidentinə ünvanladığı təbrik müraciətində Türkiyənin (29 oktyabr) Milli gününü səmimi qəlbdən təbrik edib, ona və bu ölkə xalqına xitabən yazıb: "Türkiyə Cümhurəyyətinin müstəqillik gününün Rəbiül-Əvvəl ayının 12-i, əziz İsam Peyğəmbərinin (s.ə.s) səadətli viladətinin ildönümü gününə təsadüf etməsini əlamətdar bir hadisə kimi dəyərləndirir və Türkiyə xalqına xeyirli, bərəkətli günlər arzu edirəm".
Müraciətində davamında deyilir: "İran və Türkiyə milləti arasında mədəni və tarixi bağlılıqları nəzərə alaraq, hazırkı dönəmdə iki ölkənin dostluq və qardaşlıq əlaqələrinin keçmişdəkindən daha çox möhkəmlənməsinə və müxtəlif iqtisadi, siyasi, elm və səhiyyə sahələri üzrə əməkdaşlıqlar üçün mövcud imkanların müəyyən edilməsi və diqqət mərkəzində saxlanılmasına ümid edirəm".
342/