ABNA24 Xəbər Verir, Birləşmiş Ştatlarda irqçilik əleyhinə etirazların artması habelə, koronavirus pandemiyası dövründə sosial problemlərdən qaynaqlanan ictimai narazılıqların çoxalmasının ardınca insanlar silah mağazalarına üz tutublar.
Pandemiya dövründə digər ölkələrdə insanlar tualet kağızı və dezinfeksiya edici məhlul qıtlığından əziyyət çəksə də, amerikalılar daha çox silaha üz tutublar.
ABŞ hökumətinin hər gün artmaqda olan etiraz dalğasına laqeyd yanaşması və Tramp hökumətinin prezident seçkiləri ərəfəsində ölkəni xaosa sürükləməsi insanların özlərini təhlükələr qarşısında qorunmasız olduqları düşüncəsinə qapılmasına səbəb olub. Məhz buna görə də insanlar fərdi təhlükəsizliklərini təmin etmək üçün silahlanmağa başlayıblar.
342/