ABNA24 Xəbər Verir, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Sergey Lavrov beynəlxalq münasibətlərdə qarşılıqlı addım prinsipinin hələ də mövcud olduğunu xatırladıb və deyib: Yeni sanksiyaların nə olacağını görəcəyik. Daha sonra ona uyğun qarşılıq verəcəyik. Şübhəsiz yeni sanksiyalar cavabsız qalmayacaq.
Almaniya hökuməti son zamanlar Rusiya müxalifətinin lidelərindən Aleksey Navalnı-nın zəhərləndiyini iddia edərək, buna görə Moskvanın məsuliyyət daşıdığını bildirir. Bunu əsas tutaraq Berlin və avropalı müttəfiqləri Rusiya əleyhinə bir sıra sanksiyalar tətbiq etmək istəyirlər.
342/