ABNA24 Xəbər Verir, Bəşşar Əlcəfəri BMT Təhlükəsizlik Şurasının Suriya barədəki virtual iclasında amerikalı və türkiyəli hərbçilərin Suriya ərazisindəki qanunsuz iştiraklarına toxunub. Bildirib ki, BMT və bu təşkilatın Təhlükəsizlik Şurası son illər ərzində Dəməşqin Amerikaya və Türkiyəyə qarşı şikayətlərinə məhəl qoymayıblar.
Suriyanın BMT-dəki daimi nümayəndəsi BMT-nin işğalçılar qarşısında sükuta dalmasını tənqid edərək, həmin təşkilatı və Təhlükəsizlik Şurasını bu barədə ciddi mövqelər tutmağa çağırıbdır.
ABŞ və Türkiyə hazırda terror qrupları ilə mübarizə bəhanəsilə qanunsuz şəkildə Suriyada hərbi iştiraka malikdirlər.
342/