ABNA24 Xəbər Verir, USS Bonham Riçard döyüş gəmisində Bazar günü axşam ABŞ-ın cənub-qərbindəki San Dieqo limanında yanğın baş Verdi, üç gün davam edən yanğının alovları nəhayət söndürüldü.
Xəbər mənbələrinin verdiyi məlumata görə, yanğın nəticəsində azı 57 nəfər xəsarət alıb.
San-Dieqo Bazası, ABŞ-ın Kaliforniya ştatındakı San Dieqo şəhərində yerləşən ikinci böyük dəniz bazasıdır.
Həmin baza eyni zamanda 50-dən çox hərbi gəmiyə yer verən ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının əsas bazası sayılır.
Təxminən 4 kvadrat kilometr quru əraziyə və təxminən bir yarım kilometrə yaxın su sahəsinə malik olan həmin bazanın 13 bərəsi var. 1922-ci ildən bəri fəaliyyət göstərən San Dieqo dənizkənarı bazasında 24 mindən çox hərbi qüvvə və 10 000 mülki yaşayır.
342/